Azərbaycan Almaniya ilə qarşılaşacaqbackend

Azərbaycan Almaniya ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edəcək.

Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kotbus şəhərində baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:1.

Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də \”Dalğa Arena\”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.

AVRO-2019
Seçmə mərhələ, V qrup
9 noyabr

18:00. Azərbaycan – Almaniya
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski
Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)
Bakı. \”Dalğa Arena\”
Xal durumu: İrlandiya – 10, Almaniya, Kosova – 6, Norveç – 5, İsrail – 4, Azərbaycan – 0.

İnterpress.az