Qol.az-ın məlumatına görə, bu sözləri “Real”ın kapitanı Serxio Ramos PSJ-nin futbolçusu Neymarın Madrid klubuna keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Təcrübəli müdafiəçi İspaniya mətbuatına açıqlamasında deyib ki, braziliyalı hücumçunun keçidi əvvəlki illərə nisbətən indi daha realdır:“Neymarın PSJ-də çıxış etdikdən sonra komandamıza gəlməyi daha asandır, nəinki “Barselona”dan birbaşa keçidi. Mən şübhəsiz onunla müqavilə imzalayardım. O, oyunun taleyini həll edən futbolçudur. Əgər Neymar dekabrda “Real”a gəlmək istəyirsə, mən artıq ona qapını açıram”.
Xatırladaq ki, İspaniya mətbuatı “Real”ın Neymarı 2021-ci ildə transfer edəcəyini yazıb.
İnterpress.az