Macarıstanın Budapeşt şəhərində keçirilən kikboksinq idman növü üzrə dünya çempionatında iştirak edən kikboksçularımız qələbə ilə idman azarkeşlərimizi sevindiriblər.
Bəhrəm Rəcəbzadə turnirin ən güclüsü olaraq qızıl medal qazanıb. Digər kikboksçularımız isə 1 gümüş və 3 bürünc medal ilə Azərbaycan bayrağını zirvəyə ucaldıblar.
Qazanılan zəfərlə bağlı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı da idmançılrımızı təbrik edib:
\”İdmançılarımızın uğurlarınız Azərbaycanın uğurudur, qələbə bütün həmvətənlərimizin qələbəsidir. Bu qələbə münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qələbəmiz mübarək!\”
İnterpress.az