İnterpress.az istinadla xəbər verir ki, atlet Ataşəhir şəhər xəstəxanasında vəfat edib.
Onun erkən ölümünə qaraciyərindəki problem səbəb olub.
N.Süleymanoğlu 1967-ci ildə Bolqarıstanda doğulub. Daha sonra Türkiyəyə köçüb. O ağır atletika tarixində ilk üçqat olimpiya çempionu (1988, 1992, 1996), yeddiqat dünya çempionudur. 46 dəfə dünya rekordu vurub. İdmanın bu növü tarixində ən titullu ağırlıqqaldıran hesab olunur.
İnterpress.az