İnterpress.az xəbər verir ki, liqada ilk və yeganə təmsilçimiz olan \”Qarabağ”ın rəqiblərini qəbul etdiyi Bakı Olimpiya Stadionunun (BOS) xarici divarlarında \”Beşiktaş”ın loqosu, \”Come to Beşiktaş” yazıları işıqlandırılıb.
Yazılar 18:00-dan 23:00-dək ağ-qara işıqlarla verilib. Bu jest qardaş ölkənin mediasının xüsusi diqqətini çəkib. Türkiyənin \”Milliyət”, \”Sabah” kimi böyük saytları Azərbaycanın Türkiyəyə olan dəstəyini işıqlandırıb və \”Qarabağ” -\”Çelsi” matçında təmsilçimizə uğur arzuladıqlarını bildiriblər.
Qeyd edək ki, \”Beşiktaş” \”Porto” ilə 1-1 hesablı bərabərlik əldə edib və G qrupundan lider olaraq çıxıb.
İnterpress.az