“Nəticə ürəyimcə oldu” – Roman Qriqorçukbackend

“Nəticə ürəyimcə oldu” – Roman Qriqorçuk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuka məxsusdu.

“Qırmızı-qaralar” Premyer Liqanın XIII turunda səfərdə “Kəpəz” üzərində 6:1 hesablı qələbə qazanıb.

Matçdan sonrakı mətbuat konfransında ukraynalı mütəxəssisin qalibiyyət şərhi belə olub: “Uşaqlar çox yaxşı çıxış etdilər. Keyfiyyətli oyun nümayiş etdirdik”.

– İlk dövrədə “Kəpəz”ə məğlub olmuşdunuz. Dəyişiklik sizdə çox olub, yoxsa rəqibdə?
– Rəqib barədə danışmağı xoşlamıram. Həmin vaxtdan bəri çox müddət keçib. Üzərimizdə çox işləmişik və bu gün bunun bəhrəsini görürük.

İnterpress.az