\”Marca\” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb. O qeyd edib ki, Ronaldu ilə dost olacağını düşünmür: \”İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orada söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib\”. (qol.az)
İnterpress.az