Zaur Axundov futbolçularının həbsindən danışdıbackend

Zaur Axundov futbolçularının həbsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən klub rəsmisi məlumatı təsdiq edib.
O bildirib ki, hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir və rəsmi məlumat yayacaqlar: “Biz dəfələrlə oyun alqı-satqısının qarşısını almaq üçün seminarlar keçirmişik. Dəfələrlə demişik ki, belə şeylər olmamalıdır. Bu seminarlarda hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər. Yəqin ki, indi onlarda hansısa məlumat var ki, Nizami və Mirhüseyni həbs ediblər. Biz də polisdən cavab gözləyirik”.Axundov klub tərəfindən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmadığını bildirib: “Yox, biz heç kimə bu barədə nəsə deməmişik. Sadəcə onlar özləri araşdırırlar. Hələlik yalnız 2 futbolçunu həbs ediblər. Hər şey ola bilər. Qoy bu hamıya dərs olsun”.

İnterpress.az