İnterpress.az məlumat verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.
Səfərdə \”Şüvəlan\”la qarşılaşan \”Səbail\” 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
\”Keşlə\” MOİK-lə səfər oyununda 3 cavabsız qolla mərhələ adlayıb. \”Kəpəz\” \”Binə\” ilə görüşdə 3 qolla 1/4 finala vəsiqəni təmin edib.
Digər oyunda \”Qəbələ\” öz meydanında \”Mil-Muğan\”ı qəbul edib. Roman Qriqorçukun komamdası 8 cavabsız qolla növbəti mərhələyə yüksəlib.
\”Sumqayıt\” \”Sabah\”a, \”Zirə\” isə \”Xəzər\”ə 3:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, mərhələnin ilk 2 görüşü dünən keçirilib.(qol.az)
İnterpress.az