Qarabağın oyununun hakimləri bəlli oldubackend

Qarabağın oyununun hakimləri bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istinadla xəbər verir ki, U-19-lar arasında Azərbaycan çempionu “Qarabağ”ın VI turdakı görüşünü xorvatiyalı ədalət təmsilçiləri idarə edəcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın “Roma” ilə səfər matçının baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki və Maryan Tomas kömək edəcək. Dördüncü hakim funksiyası italiyalı Daniele Martinelliyə həvalə olunub.

Romadakı “Tre Fontan” stadionunda baş tutacaq görüşdə polşalı Marçin Stefanski UEFA nümayəndəsi, italiyalı Domeniko Messina hakim-inspektor olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Roma” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

İnterpress.az