Ərəb ölkələrindən ABŞ-a tələbbackend

Ərəb ölkələrindən ABŞ-a tələb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istinadla xəbər verir ki, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.

“Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, – deyə bəyanatda qeyd olunur.

Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu qeyd ediblər.

“Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, – deyə bəyanatda qeyd olunur.

İnterpress.az