İnterpress.az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ səfirliyinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsini şərh edərkən ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“Biz öz səfirliklərimizi yerləşdirmək məsələlərində ürəyimiz istəyən hər bir şeyi etmək hüququna malikik”, – Fox News Heylinin sözlərini sitat gətirir.
O qeyd edib ki, “BMT-nin Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət İsraili hədələməklə sülh prosesinin tənzimlənməsinə kömək etmədiyini başa düşməlidir”.
“Biz həm israillilərə, həm də fələstinlilərə qarşı ədalətli olmalıyıq”, – deyə diplomat əlavə edib.
İnterpress.az