28 yaşlı oğlan faciəvi şəkildə öldübackend

28 yaşlı oğlan faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az