İnterpress.az Avropa.info-ya istinadən xəbər verir ki, ölkə televizyası keçmiş prezident Kim Çen İrin Şimali Koreyanın ilk atom bombalarından birini təftiş etdiyi kadrları göstərib.
Dekabrın 12-də dövlət televizyasında göstərilən 30dəqiqəlik verilişdə arxa planda Kim Çen İr nüvə silahının fonunda bir tabloda görünüb.
Əgər görüntülər gerçəkdirsə, demək, Şimali Koreya 2006-2009-cu ildə nüvə silahının ilk sınağını keçirib.
Qeyd edək ki, Kim Çen İr Şimali Koreyanın indiki dövlət başçısı Kim Çen Inın atasıdır.
İnterpress.az