Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edəcəkbackend

Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın Report-a istinadə xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib.
O xatırladıb ki, sonuncu belə forum ötən il İsraildə keçirilib.

R.Mahmudov bildirib ki, Azərbaycandakı müvafiq assosiasiyalar birləşərək həmin foruma müraciət ediblər. Bundan sonra 50 ölkənin səsverməsi ilə növbəti səhiyyə forumunun Azərbaycanda keçirilməsi üçün qərar qəbul edilib: “Beynəlxalq forumun bu il keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçıları ölkəmizə gəlib lazımi görüşləri keçirdikdən sonra yekun qərarı verəcəklər. Bu forumun ölkəmizdə keçirilməsi səhiyyəmizin inkişafına öz töhfəsini verəcək”.

İnterpress.az