Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıbbackend

Rusiyada partlayışla bağlı yalan məlumat verən azərbaycanlı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Невские Новости”yə istinadən xəbər verir ki, yanvarın 21-də, 16:28 radələrində polisin növbətçi hissəsinə 14 saylı mənzildən, 1977-ci təvəllüdlü vətəndaş tərəfindən məlumat daxil olub. Həmin şəxs polisə evin qısa zamanda partlayacağını bildirib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayətləri üzrə 18 saylı polis bölməsindən briqada göndərilib. Qeyd olunan kommunal mənzilin dəhlizində 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Əvvəllər məhkumluğu olmayan şəxs polis bölməsinə aparılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə cinayət işi açılıb.

Mənzildə aparılan axtarış zamanı içəridə heç bir partlayıcı vasitə və ya partlayış təhlükəli qurğu aşkarlanmayıb. Sakinlərin təxliyyə olunmadığı bildirilir.

İnterpress.az