Report-un Fransa bürosunun məlumatına görə, M.Nikoletti bu posta AŞPA-nın bu gün Strasburqda keçirilən qış sessiyasında təsdiq edilib.
Xatırladaq ki, o, bu vəzifəyə yeganə namizəd idi.
M.Nikolleti 2013-cü ildən bəri Parlament Assambleyasının üzvüdür, 2014-cü ildən AŞPA-da İtaliyanın nümayəndə heyətinə rəhbərlik edir, 2016-cı ildən isə Sosialistlər Qrupunun rəhbəridir.
Qeyd edək ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.
İnterpress.az