Bakıda Elmuraz adlı şəxs həkim adı ilə xəstələri aldadır – TƏCİLİbackend

Bakıda Elmuraz adlı şəxs həkim adı ilə xəstələri aldadır – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı sabiq millət vəkili Nazim Bəydəmirli sosial şəbəkə hesabında paylaşıb. Sabiq millət vəkili qeyd edib ki, 2 il əvvəl sahibi olduğu klinikada İranda təhsil almış Elmuraz adlı “həkim dermatoloq” işə götürülüb: “Mənə deyirdilər ki, sağalmayan xəstəlikləri müalicə edir. Ancaq diplomunu guya Səhiyyə Nazirliyinə attestasiya komissiyasına verdiyinə görə yubadır. Bir gün onu çağırıb diplomunu tələb etdim. Adam boynuna aldı ki, 3 aylıq təbabət kursu bitirib. Dərhal klinikadan getməsini tələb etdim. İndi baxıram ki, sosial şəbəkələrdə 10 minlərlə izləyicisi var və klinikaların birində məşhur həkim kimi təqdim olunur. Qəribəsi o idi ki, adam özü dərmanlar hazırlayır və iddia edir ki, Nobel mükafatı alacaq”.

Məlumata görə Elmuraz adlı şəxs hazırda “Premium Klinika”sında işləyir.

Bakıda Elmuraz adlı şəxs həkim adı ilə xəstələri aldadır - TƏCİLİ

İnterpress.az