İnterpress.az“Yeni Safak” qəzetinə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış rdib.
““Fərat qalxanı” əməliyyatı zamanı, Türkiyə sərhədləri boyunca terror dəhlizi yaratmağı planlaşdıranlara ağır zərbə endirdik. Həmin vaxt ABŞ bu bölgəyə hərbi avadanlıqdan ibarət 5 min yük maşını göndərmişdi ki, həmin vasitələr terrorçu qruplaşmalara paylanmışdı. Afrin əməliyyatı da, yalnız qoyulan tapşırıqların yerinə yetirilməsindən sonra başa çatacaq” – deyə Ərdoğan bildirib.
Ərdoğan Türkiyənin Suriyanın Cərəblus, Əl-Rai və Əl-Bab şəhərlərində olduğu kimi, Afrin bölgəsini də nəzarətə götürəcəyini vəd edib.
“Bildirirəm ki, Ankara Suriya ərazisini zəbt etməyi planlaşdırmır. Türkiyənin məqsədi – milli təhlükəsizliyi və Suriyanın ərazi bütövlüyünü təmin etməkdir” – deyə Ərdoğan diqqətə çatdırıb.
Ərdoğanın bu bəyanatından çox keçməmiş, Suriya əməliyyatlarında Türkiyənin ilk itkini verdiyi, bir hərbiçinin şəhid olduğu xəbəri yayılıb. Anadolu agentliyinin xəbərinə görə, əsgər PKK üzvləri ilə baş verən toqquşma zamanı həlak olub.
İnterpress.az