“Bu Azərbaycan üçün çox müsbət haldır”backend

“Bu Azərbaycan üçün çox müsbət haldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Report-un Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O xatırladıb ki, hər il Parlament Assamleyasının qış sessiyasında Alt Komitənin yenidən formalaşdırılması məsələsinə baxılır və qərar qəbul edilir. \”Belə komitənin fəaliyyət göstərməsi Azərbaycan üçün çox müsbət haldır. Münaqişələr üzrə Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ətrafında müzakirələr aparılır. Dağlıq Qarabağ münaqişəsi nə qədər çox gündəmə gətirilərsə, münaqişənin həllinə o qədər tez nail olarıq\”.

İnterpress.az