İnterpress.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Ötən il araşdırma çərçivəsində M.Pompeo, həmçinin ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə veriblər.
Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
İnterpress.az