İnterpress.az xəbər verir ki, mətbuatda \”Heydər Əliyev Fondunun\” adından istifadə edərək Qırğızstanda saxta Fond açan \”diaspor sədri\” kimi tanınan Nüsrət Məmmədov ordenlə təltif olunub.
Nüsrət Məmmədov özünü Qırğızıstanda Azərbaycanın diasporunun lideri kimi təqdim edir.
\”Diaspor Lideri\” Nüsrət Məmmədov bu gündə Qırğızıstan Dövlət Filarmoniyasında xalq şairi Eqemberdi Ermatova həsr olunmuş tədbirdə “Eqemberdi Ermatov” mükafatına layiq görülüb.
Xatırladaq ki, Nüsrət Məmmədov bir neçə il öncə Heydər Əliyev Fondunun adından istifadə edərək fondun icazəsi olmadan Qırğızıstanda fondun saxta nümayəndəliyini açmışdı.
İnterpress.az