“Gələn il Qüdsdə ABŞ səfirliyinin “kiçik versiyası”nın açılacağını gözləyirik”- bunu D.Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirilib.
B.Netanyahu səfirliyin köçürülməsinə görə Trampa təşəkkürünü bildirib: “Bu əbədi xalqımızın qəlbində qalacaq tarixi bir qərardır”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.
İnterpress.az