İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Baş Ordu Qərargahı məlumat yayıb.
Afrinin PYD/PKK terrorçularından təmizlənməsi ilə bağlı “Zeytun budağı” əməliyyatı plan üzrə davam edir.
Bəyanatda Türkiyə Hərbi Hava Qüvvələrinin Afrində PKK/KCK/PYD-YPG və İŞİD-ə aid 23 obyekti məhv etdiyi qeyd olunur.
Hava reydlərində iştirak edən 13 təyyarənin təhkim olunduqları hərbi hava bazalarına qayıtdığı bildirilir.
İnterpress.az