İnterpress.az xəbər verir ki, ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.
Kerrinin bu fikrə düşməsi barədə məlumatı İsrailin \”Maariv\” qəzeti yayıb. Qəzetin xəbərinə əsasən, ABŞ-ın keçmiş xarici işlər naziri Londonda Fələstin muxtariyyətinin müavinlərindən biri ilə görüş keçirib. Görüşdə ərəb-yəhudi münaqişəsinin sülh yolu ilə həlli müzakirə edilib.
\”Maariv\”in xəbərinə əsasən, Con Kerri 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq barədə ciddi düşünür. Bununla yanaşı sabiq dövlət katibi fələstinli həmsöhbətinə deyib: \”Səbr edin, Tramp yaxın iki ildə çətin ki, bu postu qoruyub saxlaya bilsin\”.
Qeyd edək ki, Kerri 2004-cü ildə keçirilən seçkilərdə oğul Corc Buşa məğlub olmuşdu.
İnterpress.az