Çingiz Abdullayev səfir göndərilirbackend

Çingiz Abdullayev səfir göndərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb.

Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb. Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.

Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol Klubundakı vəzifəsindən getməli olacaq.

İnterpress.az