15 yaşlı qızı qaçırdılarbackend

15 yaşlı qızı qaçırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsi məlumat yayıb.

15 yaşlı Əfşan Zeynalova yanvarın 23-də, saat 16:00 radələrində qaçırılıb. Şagirdin anası ərizə ilə 29-cu Polis Bölməsinə şikayət edib. Zərərçəkənin anası ərizədə qızını qaçıran şəxsin adının Emin olmasından başqa onun barədə heç nə bilmədiyini göstərib. Qadının sözlərinə görə, qızı evlənmək məqsədilə qaçırılıb.

Hal-hazırda Yasamal rayon Polis İdarəsinin əməkdaşları törətdiyi əməllə qanunvericiliyin tələblərini pozan gənci axtarır. Gəncin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə tövsif olunur.

İnterpress.az