Dindarlar Allahverdi Yolçuyevin adına etiraz etdilər: “Adında “Allah” sözü var, üstündən keçirlər”- VİDEObackend

Dindarlar Allahverdi Yolçuyevin adına etiraz etdilər: “Adında “Allah” sözü var, üstündən keçirlər”- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “28 Mall”da yeni çəkilən “Kəklikotu” filminin reklamı üçün atılan addım inanclıları özündən çıxarıb. Belə ki, ekran işində rol alan Allahverdi Yolçuyevin adının ticarət mərkəzinin döşəməsində yazılması narazılıq doğurub.

İnanclılar bunu “Allah” sözünə qarşı hörmətsizlik kimi qiymətləndirib. Bununla yanaşı, onlar “28 Mall” rəhbərliyindən etiraza səbəb olan mənzərənin aradan qaldırılmasını tələb ediblər.

İnanclıların sözlərinə görə, “Allah” sözünün ayaqaltında qalması, dinə və dindarlara qarşı hörmətsizlikdir. Təqdim etdiyimiz video sosial şəbəkələrdə geniş yayılıb və azərbaycanlı inanclılar da bu addımı təhqir kimi qiymətləndiriblər. ( minval.info )


İnterpress.az