Belarusiyada itkin düşən 2 alpinist tapıldıbackend

Belarusiyada itkin düşən 2 alpinist tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kabardino-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib. Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar.

“Alpinistlər səhər saatlarında xilasedicilər tərəfindən tapılıblar. Xilasedicilər onları Elbrusun şərq yamacında 3600 metr yüksəklikdə aşkar ediblər. Alpinistlər sağdır və hazırda xilasedicilərlə birlikdə geri qayıdırlar”, – deyə nazirlik nümayəndəsi bildirib.

Qeyd edək ki, 2 belarusiyalı alpinist Elbrus dağı istiqamətində yürüşə çıxmışdılar. Bir həftədən artıq müddətdə onlarla əlaqə yaratmaq mümkün olmayıb.

İnterpress.az