İnterpress.az xəbər verir ki, qaçqınların göndərilməsi ictimaiyyətdən gizli şəkildə həyata keçirilsə də, Çikaqoda baş verən etiraz aksiyaları əməliyyatın üzə çıxmasına səbəb olub.
Qaçqınların ölkədən xaric edilməsi əməliyyatları sərnişinlərin az olduğu hava limanlarına aid özəl təyyarələrlə həyata keçirilib. Qaçqınlar hava limanına əlləri və ayaqları qandallı şəkildə gətirilib. Onların arasında qadınların olması xüsusi diqqət çəkib.
Qanunsuz şəkildə Amerikada yaşayan qaçqınların qeyri-etik davranışlarla deportasiya edilməsi etirazçılar tərəfindən protesto edilib. Onlar “Ədalət yoxdursa, sülh yoxdur” və “Qaçqınlar olmasaydı, Trampın arvadı da olmazdı” yazıları olan pankartlar açıblar.
Qeyd edək ki, özəlliklə, Şərq ölkələrindən ABŞ-a axın edən qaçqınların deportasiyası Donald Trampın prezident seçilməsindən sonra gündəmə gəlib.
İnterpress.az