İnterpress.az xəbər verir ki, BMT-nin Baş katibi Quterreş dinc əhaliyə istiqamətlənən hücumların beynəlxalq insani hüquqlara zidd olduğunu vurğulayaraq belə hücumların heç vaxt qanuniləşə bilməyəcəyini bildirib. Hadisəni törədənlərin tez bir zamanda cəzalandırılmasını tələb edən Quterreş terror hadisəsini qətiyyətlə qınayıb.
Quterreş hücum zamanı həyatını itirənlərin ailələrinə və Əfqan hökümətinə başsağlığı verib.
Əfqanıstanın paytaxtı Kabildə törədolən terror hadisəsi zamanı 95 nəfər həyatını itirib, 158 nəfər isə yaralanıb.
Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.
İnterpress.az