Lavrovla Çavuşoğlu arasında telefon danışığı olubbackend

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, onlar 29-30 yanvar tarixlərində Soçidə keçiriləcək Suriya Milli Dialoqunun qurultayı ilə bağlı olaraq telefonla danışıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Danışıqların detalları haqında heç bir məlumat verilməyib.

Rusiya Xarici İşlər Nazirliyi Suriya Milli Dialoqunun qurultayına Suriyanın 1600 nümayəndəsini dəvət edib. Bununla yanaşı BMT, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr, həmçinin Misir, İordaniya, İraq, Livan, Səudiyyə Ərəbistanı və Qazaxıstandan müşahidəçilər dəvət edilib.

İnterpress.az