İnterpress.az APA-ya istinadən xəbər verir ki, müayinə zamanı iki uşaq anası olan Xəyalə İsmayılovanın ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirməsi məlum olub.
X. İsmayılovanın xəsarəti yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az