İnterpress.az “Report”-a istinadən xəbər verir ki, bunu o, britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
\”Mən onların xoşbəxt olmasını istəyirəm. Mən həqiqətən istəyirəm ki, onlar xoşbəxt olsunlar. Onlar bir-birilərinə çox yaraşırlar\”, – deyə Amerika lideri bildirib.
Jurnalist müsahibə zamanı xatırladıb ki, şahzadənin nişanlısı ABŞ-da prezident kampaniyası zamanı Trampın rəqibi Hillari Klintonu dəstəkləyib, milyarderin özünü isə qadın düşməni və \”ədavət toxumu səpən\” adlandırıb.
\”Yaxşı, mən yenə də ümid edirəm ki, onlar xoşbəxt olacaqlar\”, – deyə ABŞ prezidenti təkrar edib.
O həmçinin toya dəvət almadığını bildirib:
\”Mən, hər halda, bu barədə heç nə bilmirəm\”.
İnterpress.az