İnterpress.az xəbər verir ki, kluba bu gün səhər saatlarında, içərisində xeyli adamın qaldığı bir vaxtda hücum olunub. Güman olunur ki, hücumçular narkotik maddə alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmanın üzvləridir. Onlar gecə klubuna 3 maşında gəliblər.
Canilərin qətliamı hansı səbəbdən törətdikləri bilinmir. İnsanlara atəş açanlardan heç kim tutulmayıb.
Yerli mətbuat xəbər verir ki, Fortalez şəhərinin daxil olduğu Seara ştatında təkcə 2017-ci ildə 5 mindən artıq qətl hadisəsi törədilib.
İnterpress.az