Türk hərbçiləri yunan müdafiə nazirini qovdularbackend

Türk hərbçiləri yunan müdafiə nazirini qovdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Yunanıstan arasında böhrana səbəb olan Kardak adasında yenə gərginlik yaşanıb. İnterpress.az xəbər verir ki, Türkiyə Sahil Təhlükəsizlik Qüvvələri adaya yaxınlaşmaq istəyən Yunanıstan müdafiə nazirini qovublar.

Yunanıstan müdafiə naziri Panos Kamenos Egey dənizinə çələng atmaq üçün gəlib. Bu zaman o, hücum gəmisindən istifadə edib. Amma Türkiyə tərəfi müdafiə nazirinin adaya çıxmasına imkan verməyib. Türkiyə Sahil Təhlükəsizlik Qüvvələrinin tələbindən sonra Yunanıstan gəmisi Türkiyə sularını tərk edib.

İnterpress.az