Bakıda avtobusda təhlükəli “macəra”: Məktəblilər də qapıdan sallanaraq gedir – VİDEObackend

Bakıda avtobusda təhlükəli “macəra”: Məktəblilər də qapıdan sallanaraq gedir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtobus qapısı açıq şəkildə hərəkət edir. Məktəblilər də qapıdan sallanaraq gedir.

Mənzərə çox təhlükəlidir. Xırda bir diqqətsizlik şagirdlərin yıxılması ilə nəticələnə bilər.

Görüntülər Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda baş verib. İnterpress.az xəbər verir ki, Xəzər xəbərin vatsap nömrəsinə göndərilən video bir daha sərnişinlərin təhlükəli şəkildə daşınmasını gündəmə gətirir.

Lakin 99 JH 483 dövlət nömrə nişanlı məhz həmin avtobusun sürücüsü özünə haqq qazandıraraq deyir ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.

Marşrut xəttinin Namiq adlı rəsmisi Xəzər xəbərə bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyir ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək.

İnterpress.az