Musavat.com xəbər verir ki, Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş turun.
Prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını müzakirə olunub. Məsələni araşdırmaq üçün məhkəmə psixatrik ekspertizası təyin olunub. O, 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
O, soyğunçuluqda ittiham edilir. A.İsmayılov ev dustaqlığındadır.
A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
İnterpress.az