Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur – FOTObackend

Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, heyvanlar arasında tələfat 4 saylı Cəbrayıl rayon məcburi köçkün qəsəbəsində qeydə alınıb. Adı çəkilən qəsəbədə yaşayan Alim Cavadova məxsus iribuynuzlu cins heyvanlar arasında ilk ölüm halı bu ayın əvvəlində baş verib. Onun sözlərinə görə, heyvanlar zəifləyir, ayaqları tutulur, yemdən kəsildikdən sonra isə tələf olur. İndiyədək aparılan müayinə və müalicə isə fayda verməyib.

Son 20 gündə Amil Cavadova məxsus təsərrüfatda 7 baş iribuynuzlu heyvan tələf olub. Digər heyvanlar isə təhlükə altında qalıb.

Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb.

Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur. (apa)

Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur - FOTO

Biləsuvarda iribuynuzlu heyvanlar tələf olur - FOTO

İnterpress.az