İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti və güc strukturları ölkədəki cinayətkar qruplara, kriminal avtoritetlərə və “qanuni oğru”lara qarşı daha sərt və amansız olacaq.
“Bu istiqamətdə qanunvericiliyə əhəmiyyətli dəyişikliklərin edilməsi planlaşdırılır. Hazırlanmış qanun layihəsi cəza mexanizminin tətbiq olunduğu cinayət əməllərinin dairəsini genişləndirir”, – deyə Natia Mezvrişvili bildirib.
Onun sözlərinə görə, yeni qanun layihəsi yaxın vaxtlarda hökumətə təqdim ediləcək və qəbul olunacaq.
İnterpress.az