İnterpress.az saytının məlumatına görə, mövsümə “Ximnastik”də başlayan milli üzvü karyerasını digər Sequnda klubu “Alkorkon”da davam etdirəcək.
Bu barədə Madrid klubunun saytı xəbər yayıb. Bildirilib ki, Eddi ilə 2020-ci ilin iyun ayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində “Kadiz”, “Korodoba”, “Qranada”, “Eybar”, “Mursiya” kimi klublarda oynamış İsrafilov milli komandamızın heyətində 8 oyunda meydana çıxıb.
İnterpress.az