İnterpress.az xəbər verir ki, oğurlanmış məhsullar 496,1 min dollar dəyərində olub.
Hüquq-mühafizə orqanları istintaq-axtarış tədbirlərindən sonra qaçırılmış maşınları tapıb. Onlardan biri Almaniya-Fransa sərhədində aşkarlanıb. Oğruların maşının yükünə toxunmadığı bildirilir. İkinci yük maşını isə Lar şəhəri yaxınlığında tapılıb. Ancaq bu maşından şokolad məhsullarının üçdə bir hissəsi yoxa çıxıb. Hal-hazırda hüquq-mühafizə orqanları şübhəliləri axtarır.
İnterpress.az