İnterpress.az xəbər verir ki, Türkiyə KİV-i Silahlı Qüvvələrin Baş Qərargahına istinadən bildirir ki, beləliklə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı məhv edilən terrorçuların sayı 649-a çatıb.
Baş Qərargah \”Zeytun budağı\” əməliyyatının uğurla davam etdiyini bildirir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. \”Zeytun budağı\” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin \”F-16\” təyyarələri də cəlb olunub.
İnterpress.az