İnterpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 31-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: \”Havanın temperaturu son günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi yerlərdə arabir güclənəcək\”.
Onun sözlərinə görə, fevralın ayının 1-də hava şəraiti qeyri-sabit keçəcək: \”Fevralın 1-də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Bu qısa müddətli olacaq. Fevralın 1-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 2-dən isə ölkə ərazisində hava şəraitinin yenidən sabit və gün ərazində yağmursuz keçəcəyi proqnozlaşdırılır\”.
İnterpress.az