Ərəb şeyxinin “macəra”sı: 6 milyard dollar ödəyib azad oldu – VİDEObackend

Ərəb şeyxinin “macəra”sı: 6 milyard dollar ödəyib azad oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 17,7 milyard dollarlıq varidatla Səudiyyə Ərəbistanının ən zəngin insanı sayılan 62 yaşlı bin Təlal paytaxt Ər-Riyaddakı \”Ritz Carlton\” otelini tərk edib.

Bu beşulduzlu otel ölkənin varis şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə aparılan antikorrupsiya əməliyyatı zamanı tutulanlar üçün \”lüks həbsxana\”ya çevrilib.

Bin Təlalın 6 milyard dollar ödəyəndən sonra azadlığa çıxdığı deyilir. Dünən o, malikanəsində video çəkərək paylaşıb və \”Hər şey yaxşıdır\” yazıb.

Səudiyyə Ərəbistanında ötən ilin noyabrında başlanmış antikorrupsiya kampaniyası çərçivəsində 60 nəfər həbs olunmuşdu ki, onların arasında 11 şahzadə vardı.

Bin Təlal Reuters agentliyinin reportyorunu da evə dəvət edərək \”vəziyyətinin normal olduğunu\” vurğulayıb.

Ekspertlərin dediklərinə görə, bin Təlalın bu açıqlamaları BBC-də ötən həftə Səudiyyə Ərəbistanından bəhs edən sənədli filmin nümayişindən sonra yaranmış situasiyada rəsmi Ər-Riyadın çıxış yolu aramasıdır. (miııi.az)

Əl Valid bin Təlalın \”Kingdom\” holdinqinə bundan sonra asudə rəhbərlik edə biləcəyi də sual altındadır.

İnterpress.az