İnterpress.az xəbər verir ki, Tehranda ağ baş örtüyünü bir taxtanın ucuna keçirərək havaya qaldırıb yelləndirən qadın saxlanılmışdı.
İndi isə məlum olub ki, qadın azadlığa buraxılıb. Vəkil Nəsrin Sotudeh qadının azadlığa buraxıldığına dair rəsmi sənədi gördüyünü bildirib.
İran rəsmiləri isə məsələ ilə bağlı hələlik açıqlama verməyiblər. Sözügedən qadının 31 yaşı, 1 uşaq anası olduğu təxmin edilir.
İnterpress.az