Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin FOTOLARIbackend

Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumat üçün qeyd edək ki, hadisə yanvarın 28-də gecə paytaxtın \”Slavyanskiy bulvar\” metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rüstəmov aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb.

İnterpress.az xeberle.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən Mahir Rüstəmov Moskvada kafelərin birində ofisiant işləyirmiş. O, Sumqayıt şəhəri Kotec qəsəbəsində yaşayıb. Bir müddət əvvəl isə evlərindən Rusiyaya qayıdıbmış.

Hadisə nəticəsində yaralanan Əli Həsənov isə Sumqayıt şəhəri 1-ci mikrorayon sakinidir.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Hadisə nəticəsində ölən M. Rüstəmovun fotolarını təqdim edirik.

Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin FOTOLARI

Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin FOTOLARI

Rusiyada qətlə yetirilən azərbaycanlı gəncin FOTOLARI

İnterpress.az