İnterpress.az xəbər verir ki, 10 yaşlı Mehdi ermənilərin ailəsinin və özünün başına gətirilən işgəncələrdən danışıb.
Mənə və ailəmizə Həştərxanda işgəncələr,haqsızlıqlar, qanunsuzluq özbaşınalıq etdilər. Ona görəki Qarabağ həqiqətlərini hər yerdə deyirdim, mahnı və meyxanalarımda oxuyurdum.Nəhayət, məni həbs etdilər. Həştərxanxanda yerləşən Azərbaycan diasporu kömək əvəzinə, türməyə gəlib dediki, niyə ermənilərin xətrinə dəymisiniz? Biz onlarla qardaş kimi yaşayırıq! Mən o, diaspordan birdə soruşmaq istəyirəm ki, o erməni dığaları Azərbaycan bayrağını təhqir edəndə sən görmürsən yoxsa görmək istəmirsən? Mən onsuzda susmadım kişi kimi axıracan sözümü dedim deyəcəm. Mən heç vaxt şəxsən səni unutmayacam. (ey həştərxan diasporu ).Üçüncü sinifdə oxuyuram,adım Mehdi Astraxanski. Fəxr edirəm ki Azərbaycanlıyam.
Xatırladaq ki, Rusiyadakı Azərbaycan diasporunun ən güclü olduğu yerlərdən biri də Həştərxandır. Həştərxan rəhbərliyi ilə çox yaxın əlaqələrdə olan yerli diaspora rəhbəri Ədalət Hüseynov dəfələrlə vilayət Duması tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Onun 2015-ci ilin yay aylarında aldığı mükafat Azərbaycanla Həştərxan arasında dostluq münasibətləri yaratması ilə əlaqədar olub. Bu necə dostluq əlaqəsidir ki, öz həmvətənimiz hətta körpə bir uşaqı belə qoruya bilmir. Ədalət Hüseyinovu susmağa vadar edən nədir?. Üstəlik, aldığımız məlumata əsasən, Ədalət Hüseynov vaxtilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerli bürosunda yüksək vəzifədə çalışıb. Yəni əli xeyli uzundur. Amma kimin üçün?
Həmyerlimiz indi Rusiya hökuməti tərəfindən qurulan “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinə yol axtarır. Milyarder azərbaycanlılardan ibarət olan və ancaq seçkidən-seçkiyə Azərbaycan hakimiyyətinə qarşı istifadə edilən bu qurumun qapılarının isə Vəli Allahverdiyev kimi sadə insanlara açıq olub-olmadığını bilmir.
İnterpress.az