İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Qəndov kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu sintetik iplə evin həyətindəki tövlədə özünü asıb.
27 yaşlı oğlanın hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
İnterpress.az