İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sözügedən qanun bundan əvvəl 254 leyhinə və 156 əleyhinə səslə qəbul olunub. Qanun mərhələli şəkildə 2018-ci ilin mart ayından 2020-ci ilin yanvar ayına kimi qüvvəyə minəcək.
Bundan əvvəl qanunun yanvarın 1-dən qüvvəyə minəcəyi güman edilirdi.
Mart ayından etibarən mağazalar yalnız ayın birinci və son bazar günlərində fəaliyyət göstərəcək. 2019-cu ildə mağazalar yalnız ayın son bazar günləri açıq olacaq. 2020-ci ildə isə tam qadağa tətbiq olunacaq.
İnterpress.az